Maraqlı

Ev heyvanı doğuş edənlərə 3 günlük məzuniyyət verilir - YENİ QAYDA

Ev heyvanı doğuş edənlərə 3 günlük məzuniyyət verilir - YENİ QAYDA
Norveçin "Musti Grup” şirkəti işçiləri üçün qeyri-adi addım atıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ev heyvanları üçün qidalar satan mağazalar şəbəkəsinin işçiləri arasında heyvanı olanlara analıq məzuniyyətinin verilməsi kimi yenilik tətbiq edilib.

Yeni qaydalara görə, körpə pişik və iti olan işçilər 3 gün müddətində ödənişli məzuniyyət götürə biləcəklər. İlham qaynağı analıq məzuniyyəti olan layihə haqda danışan şirkət idarəçisi Devid Rönnberq vəziyyəti belə izah edib:

"Körpələrin ehtiyacları nəzərə alınanda bir neçə gün ciddi diqqət tələb edən dövrdür. Körpələrin yeni mühitə alışmaq müddətində qarşılıqsız sevgi və qayğıya ehtiyacları olur. Biz də işçilərimizin onlarla da çox vaxt keçirməsi üçün belə üsula əl atdıq”.

D. Rönnberq digər şirkətləri də bu yeniliyi tətbiq etməyə çağırıb.

Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ