Əsəd ordusu Türkiyə sərhədlərində - Yeni gəlişmə
17:20 / 28.10.2019
3285
Suriya ordusu Türkiyə sərhədlərinə yaxın bölgələrdə yerləşdirilib.
Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Bəşər Əsəd rejiminə bağlı hərbi qüvvələr Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının çıxdığı Rəsulayn bölgəsinin şimal-şərqinə dislokasiya edilib.
Bundan əvvəl SDQ Türkiyə ilə sərhəd bölgələrindən çıxdığını yerini, Suriya hərbi sərhəd qüvvələrini verdiyini açıqlamışdı.