Əsas müzakirə mövzusu yenə də Suriya olacaq - Putinlə Ərdoğanın görüşündə...

Əsas müzakirə mövzusu yenə də Suriya olacaq - Putinlə Ərdoğanın görüşündə...
"Ərdoğanla Putin arasında yanvarın 23-də olacaq görüşdə iqtisadi məsələlər, Suriya problemi müzakirə ediləcək. Eyni zamanda, görüşdə böyük ehtimalla Dağlıq Qarabağ problemi də müzakirə predmeti olacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri gələn həftənin üçüncü günü Türkiyə prezidentilə Rusiya prezidenti arasında növbəti görüşün keçiriləcəyinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:
 
"Türkiyə ilə Rusiya arasında bildiyiniz kimi, xeyli sayda ortaq maraq doğuran məsələlər var. Qaz kəməri məsələsi də hazırda onların diqqət mərkəzində duran əsələlərdəndir. Rusiyadan gələn qaz kəməri Türkiyə vasitəsilə Avropaya keçir. Bu yolla belədə rus qazı Cənubi Avropa ölkələrinə paylanmalıdır. İqtisadi məsələlərin inkişafında hər ikisi maraqlıdır. Əsas müzakirə mövcusu isə düşünürəm ki, əvvəlki tək Suriyada yaranmış vəziyyətlə bağlı ola bilər. Bilirsiniz ki, ABŞ artıq Suriyadan öz qoşunlarını çıxarır. Çox güman ki, onların əvəzinə bura ABŞ-dan xüsusi təhlükəsizlik xidmətlərinin əməkdaşları yerləşdiriləcək. Vaşinqton Suriyadakı kürdlərə hərbi dəstək verilməsini davam etdirmək niyyətindədir. Bu istiqamətdə Ağ Ev fəaliyyətini təəssüf ki, əsirgəmir. Türkiyə isə bunun əleyhinədir. Eyni zamanda, Ankara ABŞ-la əməkdaşlıqda maraqlıdır. Ərdoğanla Putin arasında görüşdə bütün bu məsələlər müzakirə olunacaq. Ehtimal edilir ki, görüşdə ola bilsin Dağlıq Qarabağ problemi də müzakirə edilsin. Onlar münaqişənin həllini deyil, konfliktin indiki durumu barədə qarşılıqlı şəkildə fikir və istəkləri barədə fikir mübadiləsi apara bilərlər. Onu da vurğulayım ki, Ərdoğanla Putin arasında hər dəfə görüşdən sonra hansısa bir müsbət nəticə əldə edilir. Digər tərəfdən, hansısa bir mübahisəli məsələyə daha çox aydınlıq gətirilir və belədə həllini tapır. Bu mənada Türkiyə dövlət başçısı ilə onun Rusiyalı həmkarı arasında belə görüşlərin olması çox vacib və önəmlidir”.
 
Qeyd edək ki, yanvarın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında növbəti görüş olacaq. Bu iki lider indiyə qədər dəfələrlə görüşüb. Xüsusən də Suriya məsələsilə əlaqədar onların çoxsaylı təmasları olub.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR