ERMƏNİSTANIN QƏTƏRDƏ SƏFİRLİK AÇMAQ VƏ İSRAİLİN BAKIYA PUA SATMAQ QƏRARI:təsadüfdür, yoxsa diplomatik qisas? – Təhlil

ERMƏNİSTANIN QƏTƏRDƏ SƏFİRLİK AÇMAQ VƏ  İSRAİLİN BAKIYA PUA SATMAQ QƏRARI:təsadüfdür, yoxsa diplomatik qisas? – Təhlil
Ruben Gülmisaryan

ru.armeniasputnik.am (Ermənistan), 08.02.2019

Ermənistan, ölçüsünə baxmayaraq dünyada üçüncü təbii qaz ehtiyatına sahib olan və adambaşına ən yüksək gəliri təmin edən kiçik, mütləq monarxiya Qətərdə səfirlik açacaq. Bunda təəccüblü heç nə yoxdur, təkcə maraqlıdır ki, bu barədə məhz niyə indi elan olunub.

Ermənistan hökumətinin toplantısında Qətər dövlətində Ermənistan səfirliyi açmaq haqda qərar alınıb. İndi Fars körfəzində eyniadlı yarımadada, iki milyon yarım vətəndaşını adambaşına orta ən yüksək gəlirlə və uyğun həyat tərziylə təmin edən kiçik əmirlikdə bizim öz səfirliyimiz olacaq.

Yaxşı, ancaq çox isti ölkədir – orada yayda 50 dərəcədən yuxarı istilik adi şeylərin sırasındadır. Amma yaşayışın belə səviyyəsində istiliklə mübarizə aparmaq (və ona boyun əymək) olar, ən böyük problem bu deyil. Aydınlaşdığı kimi, ən varlı ölkələrin də problemləri var.

Ermənistan hökumətinin qərar layihəsində qeyd olunur: "Ermənistanın Qətərlə dostluq münasibətləri, bu ölkədəki yüksək həyat səviyyəsi və yatırım imkanları, son dövrlərdə Ermənistan və Qətər arasında artan ticarət dövriyyəsi, habelə Ermənistana səfər edən turistlərin sayı diqqətə alınmaqla ölkələr anlaşma əldə edib ki, Qətərdə ER səfirliyi açmaq gərəkdir”.

Əmirlik səxavət jesti edib – səfirliyin saxlanmasına 200 min dollardan bir qədər az xərcləmək lazımdır, ən yaxın üç ildə bunun 110 minini Qətər verəcək. Bundan savayı, Körfəz ölkəsinin hökuməti səfirlik üçün ərazi, səfir üçün iqamətgah və iki xidmət avtomobili verəcək. Bununla yanaşı, Qətər İrəvanda öz səfirliyini açmağa hazır olduğunu bildirib. Qətər iki çətin qonşunun – Səudiyyə Ərəbistanı və İranın arasına qısılmaqla qəliz bölgədə yerləşən qəliz bir ölkədir. Qətər haçansa – İran-İraq savaşı zamanı İraqı dəstəkləyib və bununla Tehranla münasibətləri korlayıb.

Amma zaman yerində saymır, iki ölkənin münasibətləri o qədər yaxşılaşıb ki, bir sıra ərəb dövlətləri, Komor və Maldiv adaları və Mavrikiya ilə diplomatik münasibətlərin kəsilməsinə dolayı səbəb olub. Əslində isə Qətər "Cəbhət ən-Nusra”, "Müsəlman qardaşlar” və hətta İŞİD kimi təşkilatlarla sıx əlaqədə, habelə onlara maliyyə və ideoloji dəstək verməkdə təqsirləndirilir. Əlbəttə, belə bir durumda İsraillə hər hansı diplomatik münasibətlər haqda söhbət də yoxdur, on il qabaq Qətərdə İsrailin ticarət nümayəndəliyi bağlanıb. Düzdür, Qətər bəzən İsrailə sarı bəzi jestlər edir: 2013-də Yəmən yəhudilərinə İsrailə yetişməyə yardım edib, inandırıb ki, komanda seçmə yarışlardan keçərsə, İsrail idmançılarına 2022-ci ildə futbol üzrə dünya çempionatına (Qətərdə keçiriləcək) qatılmaq icazəsi veriləcək.

Bu fonda sual meydana çıxır: Təl-Əviv İsrailin məşhur şirkətinin – bu həmin şirkətdir ki, işçiləri Qarabağda erməni mövqelərini hədəfə  götürüb öz texnikalarının imkanlarını sərgiləyiblər – Azərbaycana PUA satmasına yasağı götürəndən bir an sonra Dohada Ermənistan səfirliyinin açılması haqda məlumat birdən təsadüfənmi ortalığa çıxıb? Ya təsadüfdür? Ola bilsin, həmzamanlılıq daha çox təsadüfü yoxlamaq üçün baş verir, axı İsrail Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfəri elan ediləndən bir an sonra – səfər fevralın sonuna nəzərdə tutulub – təqsirli şirkətdən sanksiyanı götürüb.

Burada hələ yada salmaq olar ki, Ermənistan və Qətər arasında canlı rəsmi münasibətlər üçüncü prezident Serj Sərkisyanın 2017-də əmirliyə səfərindən başlanıb. Bu səfər Qətərin bir sıra ərəb və müsəllman dövlətləri tərəfindən boykotunun tam qızğın çağında baş tutub. XİN-in o zamankı başçısı Edvard Nalbandyan da tezliklə Dohaya yollanmışdı. Daha bir ay keçdi və İsrailin bölgəsəl işbirliyi naziri Tsaxi Anegbi öz gəlişilə İrəvanı xoşbəxt etdi. O zamankı baş nazir Karen Karapetyan, parlamentin spikeri Ara Babloyan və Edvard Nalbandyanla görüşdü. Serj Sərkisyan o vaxt məzuniyyətdə idi və ola bilsin, buna görə Anegbi ilə görüşü baş tutmayıb. Amma, o biri yandan, prezident ölkəyə gələn hər bir xarici nazirlə görüşə bilməz ki.

Belə, ya elə, Sərkisyan Anegbinin gəlişindən bir həftə sonra Tehrana prezident Həsən Ruhaninin andiçmə mərasiminə yollanmaq üçün öz məzuniyyətini dayandırdı. Aydındır ki, əslində, İsrail nazirinin gəlişi və nüfuzlu ölkənin və Ermənistanın xeyirxah qonşusunun prezidentinin andiçmə mərasimi dəyərcə tutuşdurulmayacaq hadisələrdir, amma axı Təl-Əvivdə İanla istənilən yad təmas Təl-Əvivdə kəskin qıcıq doğurur.

Və, bax, vur-tut, son ilyarım boyunca baş vermiş hadisələrin bu ardıcıllığı onun təsadüf olmasından şübhələnməyə əsas verir. Əlbəttə, nəyisə təsdiq etmək olmaz, axı səfirlik açmaq qərarı öz-özünə və birdən meydana çıxmır, bu iş vaxt gərəkən ciddi diplomatik müzakirələr istəyir. Və Dohada Ermənistan səfirliyinin açıması haqda məlumatın məhz İsrail şirkətinə bəraətdən sonra meydana çıxdığı yenə də təsadüf deyilsə, onda bu, Təl-Əvivə yaxşı cavabdır. Demək olar, tutaq ki, Qəzzada diplomatik təmsilçiliyin açılması kimi.

Tərcümə Strateq.az-ındır.

OXŞAR XƏBƏRLƏR