Dünya

Ermənistanın iki əsgəri öldü

Ermənistanın iki əsgəri öldü
Ermənistanın Sünik vilayətində baş verən qəza nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ölüb.

Bu barədə "Shamshyan.com” saytı informasiya yayıb.

Məlumata görə, mayın 2-si saat 23:40 radələrində İrəvan-İran sərhəd yolunun 380-ci kilometrliyində 25 yaşlı Meğri sakini Armen Aqaronyanın idarə etdiyi "Toyota Vitz” markalı avtomobil və 33 yaşlı Sisian sakini Narek Tatosyanın idarə etdiyi "KamAz” markalı yük maşını toqquşub. Toqquşma nəticəsində hər iki maşın yoldan çıxaraq yarğana yuvarlanıb. Armen Aqaronyan hadisə yerində ölüb. Onun qardaşı L.Aqaronyan isə yaralı vəziyyətdə Meğri xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.

Qardaşların Ermənistan ordusunun N saylı hərbi hissəsində müqavilə əsasında hərbi xidmətdə olduğu qeyd edilib.Axar

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031