\"Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan ciddi-cəhdlə gizlətməyə çalışır\"

\

"Son günlər Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsində təxribatları yenidən intensiv xarakter alıb. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərindən müdafiə mövqelərimizə doğru irəliləməyə cəhd göstəriblər. Hər zaman olduğu kimi, Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə alıb, onu geri çəkilməyə məcbur ediblər. Əsgər və zabitlərimizin peşəkarlığı, sayıqlığı ciddi müqavimətlə üzləşəcəyini gözləməyən düşməni çaşdırıb, qarşı tərəfin çoxsaylı itkiləri ilə nəticələnib".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.

O deyib: "Təəssüf ki, düşmən təxribatının qarşısı alınarkən bir neçə hərbçimiz şəhid olub və yaralanıb. Ermənistanın təxribatlarının arxasında dayanan əsas səbəblərə gəlincə, bu, həmin ölkədə daxili və xarici problemlərin həllini tapmaması ilə bağlıdır. Ermənistan tərəfi diqqəti bu problemlərdən yayındırmaq məqsədi ilə yenə də vaxtaşırı belə təxribatlara əl atmaq məcburiyyətindədir. Aprel döyüşlərindəki məğlubiyyəti "həzm edə" bilməyən Ermənistan rəhbərliyinin hazırkı mərhələdə bu sindromdan qurtulması üçün revanş arzusunu gerçəkləşdirməyə ehtiyacı var. Azərbaycanın hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoloji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin daim artan etirazları mövcud rejimi ciddi narahat edir. Hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi daha bir ciddi narahatlıq perspektivi yaradır".

Ehtiyatda olan polkovnik qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan ciddi-cəhdlə gizlətməyə çalışır, beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir. Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması, yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...