Ermənistan qondarma “DQR” tanınması prosesinə start verir

Ermənistan qondarma “DQR” tanınması prosesinə start verir

 

Ermənistan hökuməti deputatlar Zarui Postancyan və Qrant Baqratyan tərəfindən təqdim edilmiş "DQR”in müstəqilliyinin tanınması haqqında qanun layihəsini nəzərdən keçirəcək. 

Oxu.Az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, qanun layihəsi mayın 5-də keçiriləcək iclasın gündəminə daxil edilib.

Hökumətin layihəyə dair çıxarışında qeyd edilir ki, layihənin qəbul edilməsi Ermənistan və Qarabağ separatçılarının rəhbərliyi arasında müzakirələrin nəticələri, "gələcəkdə inkişafı, eləcə də xarici amillərin nəzərə alınması” ilə şərtlənir. 

Qanun layihəsinin hökumət tərəfindən təsdiqlənəcəyi halda, məsələni parlamentdə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan qaldıracaq. 


OXŞAR XƏBƏRLƏR