Ermənistan Qarabağa daha 400 muzdlu döyüşçü göndərir
16:34 / 03.05.2016
846
Bu gün Yerevandan Dağlıq Qarabağa daha 400 erməni könüllüsü yola düşəcək.
Sfera.az modern.az -a istinadən bildirir ki, şəhərin Nubaraşen rayonunda yerləşən hərbi hissədən Qarabağa yollanacaq şəxslər "Yerkrapa" hərbi təşkilatının üzvləridir.
Onlar işğal olunmuş torpaqlardakı silahdaşlarını əvəzləmək üçün Qarabağa gedəcəklər.
Xatırladaq ki, Ermənistandakı Qarabağ müharibəsi veteranlarını sıralarında birləşdirən "Yerkrapa" təşkilatının 10 min üzvü var. Onlardan 5 mini işğal altındakı torpaqlarda yerləşdirilib.