Ermənistan kəndləri xaraba qalır

Ermənistan kəndləri xaraba qalır
Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir.

Sfera.az xəbər verir ki, , bunu "Fermer irsi" icitmai təşkilatının rəhbəri Sargis Sedrakyan deyib.
O qeyd edib ki, uzun illər ərzində kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması kəndlilərin torpağı atmasına və miqrasiya etməsinə səbəb olub. Ermənistan kəndləri boşalır, sakinləri qocalır, vəziyyət get-gedə ağırlaşır".


Aqrar texnikanın köhnə və xarab olduğunu bildirən S.Sedrakyanın sözlərinə görə, maliyyələşdirmə və sadalanan problemlərin həlli ilə bağlı aparılan danışıqların da real əsasları yoxdur:
 

"Xaricdən müxtəlif təşkilatlardan Ermənistana kifayət qədər vəsait daxil olur. Məsələn, ötən 3 il ərzində 130 milyon dollar kredit və 60 milyon dollar qrant daxil olub, lakin fermerlər bu vəsaitdən heç nə almayıblar".
 

OXŞAR XƏBƏRLƏR