Ermənistan hərbçisi mobil telefona görə güllələndi...

Ermənistan hərbçisi mobil telefona görə güllələndi...
 Xəbər verdiyimiz kimi, Ermənistanda odlu silahla açılan atəş nəticəsində daha bir müqaviləli hərbi qulluqçu dünyasını dəyişib.  Məlumatı  işğalçı ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook” səhifəsində yayıb: "Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində, döyüş zonasında müqaviləli hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Fakt araşdırılır”.

 İşğalçı ölkə saytlarından birinin ordudakı etibarlı mənbələrə istinadla verdiyi məlumata görə, hərbi qulluqçu çağırışçı əsgər tərəfindən güllələnib. Buna səbəb müqaviləli hərbi qulluqçunun əsgərin mobil telefonunu əlindən alması olub. Əsgər telefonunu geri istəyəndə hərbi qulluqçu buna təhqirlə cavab verib və bundan sonra yaranan mübahisə nəticəsində əsgər avtomat silahla onu güllələyib.

Bundan əvvəl daha bir müqaviləli hərbi qulluqçu Edqar Qriqoryan odlu silahdan açılan atəşlə öldürülmüşdü. Hərbçinin ölümü əvvəlcə gizlədilsə də, Artsrun Ovannisyan daha sonra faktı təsdiq etməli olmuşdu.Moderator

OXŞAR XƏBƏRLƏR