Ermənistan Azərbaycanı dəniz nəqliyyatı infrastrukturuna və neft-qaz hasilatı rayonlarına hücum ilə hədələyib

Ermənistan Azərbaycanı dəniz nəqliyyatı infrastrukturuna və neft-qaz hasilatı rayonlarına hücum ilə hədələyib
 

Erməni "strateqlərin” fikrinə görə, dəniz kommunikasiyalarının və limanların dağıdılması Azərbaycanı "məhv olma həddinə” çatdıra biləcək. 

Sfera.az  xəbər verir ki, bu məlumatı Ermənistanda fəaliyyət göstərən www.lragir.am saytı öz səhifəsində yayımlayıb. Belə ki, Azərbaycanı "insansızlıqda” ittiham edən ermənilər ölkəmizin hərbi məqsədlər üçün istifadə edilməyən dəniz kommunikasiyalarını və limanlarını hədələyir. Livanın Beyrut şəhərində baş vermiş şiddətli partlayışı nümunə gətirməklə, bu kimi partlayışın Azərbaycanda baş verəcəyi halda, ölkə iqtisadiyyatının iflasa uğrayacağı təhlükəsi ilə üzləşəcəyini bəyan edirlər.

Dəniz daşımalarının və neft-qaz hasilatının ölkə iqtisadiyyatında böyük əhəmiyyətə malik olduğunu vurğulayan erməni terrorçuları öz çirkin niyyətlərini gizlətmirlər. 

Öz növbəmizdə, erməni "strateqlərə” xatırladırıq ki, Azərbaycan Respublikasının öz milli maraqlarını, o cümlədən dövlət iqtisadiyyatını, əsas gəlir mənbələrindən olan neft-qaz hasilatı rayonlarını, dəniz kommunikasiyalarını və gəmiçiliyin müdafiəsi üçün yetəri qədər imkanları var. 

Onu da qeyd edək ki, Ermənistanın mülki infrastrukturu açıq şəkildə hədələməsi, terror-təxribat fəaliyyətlərinə əl atmaq niyyətini gizlətməməsi, və digər bu kimi iddialarının Azərbaycan Xarici İşlər Nazirliyinin diqqət mərkəzində olduğuna, vaxtında və adekvat reaksiyanın göstəriləcəyinə əminik. (mediapost)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...