Ermənistan 31 hərbçi itirib, 7-si zabit... - EKSPERT

Ermənistan 31 hərbçi itirib, 7-si zabit... - EKSPERT

Bugünkü erməni təxribatında ölən 31 erməni hərbçisinin 7-si zabitdir.

Bunu Hit.Az-a açıqlamasında "Xocalı Soyqırmını Tanıtma" İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu deyib.

O bildirib ki, bugünkü hadisələr erməni xislətinin daha bir üzünü göstərib.

Onun fikrincə, Ermənistan tərəfinin Azərbaycan Ordusu haqqındakı növbəti dezinformasiyaları cəfəngiyatın son həddidir: "Hücum hər vaxt mümkündür. Ancaq Ermənistan tərəfinin absurd yalanları hələ də davam edir. Güya bizim ordu gündüz vaxtı "UAZ” tipli maşınla irəliləyib. Bunu dünyanın hansı ordusu edər? Dezinformasiyanın da həddi var, bu artıq onların hərbi bilik səviyyəsinin də lap aşağı olduğunu göstərir.

İlk atəş Ermənistan tərəfdən Azərbaycan sərhədinə açılıb. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, düşmən tərəfinin 30 nəfərdən çox itkisi var".

Ş.Sabiroğlunun fikrincə, bu gün müharibəni təkcə Ermənistan aparmır, bu, həm də xarici qüvvələrin onlara dəstəyi ilə icra olunur: "Azərbaycan Ordusu beynəlxalq səviyyədə qəbul olunan şərtlər daxilində fəaliyyət göstərir. İtkilərimiz olsa da düşmən tərəfi geri otuzdurulub”.

Qarabağ qazisi bildirib ki, Ermənistan ordusunun Tovuz istiqamətində növbəti hücumu hər an müharibənin başlanmasını labüd edir:

"Doğrudur, bütün müharibələrin sonu sülh ilə qurtarır. Amma belə bir söz də var ki, sülh istəyən tərəf müharibəyə hazır olmalıdır. Ermənistan silahlı qüvvələri heç vaxt barışa imza atmayacaqlar. Buna görə də bugünkü hadisələr onu göstərdi ki, düşmən çox amansızdır, qəddardır, danışıqlara getməz. Biz bu qəddarlığı bağışlamamalıyıq. Əminəm ki, yaxın vaxtlarda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında mütləq zəfər yürüşü başlayacaq. Mən də Qarabağ qazisi kimi ön cəbhədə olub Silahlı Qüvvələrə dəstək göstərəcəm.

Allah şəhidlərimizin ruhunu şad eləsin. Yaralılara şəfa diləyirəm".

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...