Ermənilərin hücumuna iki gün qalıb

Ermənilərin hücumuna iki gün qalıb

Ermənilərin Gümrü 102-ci Rusiya hərbi bazasına qarşı etiraz  yürüşü təyin etdiyi 12 yanvar tarixinə az qalıb.

 

Əksər  erməni siyasətçiləri bu yürüşə Ermənistan Avropa Partiyasının rəhbəri, kinorejissor Tiqran Xzmalyanın deyil, baş nazir Nikol Paşiyanın rəhbərlik  etməsini tələb edirlər. Bu yürüşün məqsədini izah edən Tiqran Xzmalyan bildirib ki, Ermənistanı müstəqil ölkə saymaq olmaz – sərhədləri Rusiya ordusu qoruyur, iqtisadiyyat da Rusiyaya məxsusdur.

Bu məsələyə "ArmenianReport” portalında məqalə həsr etmiş erməni şərhçi Hraçya Qalustyan bildirib ki, bu fikir ölkənin bütün siyasi gücləri üçün əsas devizə çevrilməlidir: "Çox yaxşı olardı ki, gələcək etirazın başında yalnız Tiqran Xzmalyan deyil, Nikol Paşinyan da getsin. Çünki bütün Ermənistanın ümidi indi yalnız onadır”.

 

Erməni şərhçi Naira Ayrumyan isə "Lragir”də Paşinyanın Rusiya qarşısında qorxaqlıq nümayiş etdirməsini tənqid edir. O, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistanı natamam dövlət adlandırmasını da yada salır və Ermənistan hakimiyyətini buna cavab verməyə çağırır.

Ayrumyanın fikrincə, artıq Paşiyanın Rusiyanı öz adı ilə çağırmasının vaxtı çatıb və susmaq əbəsdir: "Ermənistanın yeni hökuməti tərəfindən siyasi qiymətləndirmənin olmaması yalnız bu siyasətdə Rusiyaya yardım edir”,- deyə Naira Ayrumyan bildirib.

Təbii ki, gec-tez bu təzyiqlər özünü göstərəcək və Paşinyan açıq şəkildə Rusiyaya qarşı çıxmalı olacaq. Bunu narıncı inqilabın təcrübəsi də göstərir - Serj Sarkisyan ölkəsini Avrasiya İttifaqına daxil etdikdən sonra Qərb fondları Ermənistanda Rusiya əleyhinə böyük fəaliyyətə başladılar – 2 minə yaxın jurnalist və ekspert, QHT təmsilçisi Qərbdən mütəmadi maliyyə vəsaitləri ayırmağa başladılar və bir ilin ərzində Ermənistanda Rusiya əleyhdarlarının payı 10 faizdən 40 faizə qədər qalxdı.

 

Serj Sarkisyan tərəfdarları onda bunun qorxulu olmadığını iddia etsələr də, nəticə göz qabağındadır – Rusiyanın adamları Ermənistanda hakimiyyəti  itirdilər. İndi həmin dalğa ikinci təkanla davam edir, elə həmin ekspertlər, siyasilər və KİV təmsilçiləri Paşinyandan ölkəni müstəqilləşdirməyi və rus qoşununu çıxarmağı, Qərbə istiqamət götürməyi tələb edirlər. Yəni bu da gec-tez özünü göstərəcək və Paşinyan Rusiyaya qarşı açıq mətnlə çıxış edəcək.

Bu məsələni Rusiya tərəfi də anlayır. Məsələn, Rusiyanın "Kommersant" qəzeti bu günlərdə dərc etdirdiyi bir məqalədə Paşinyanı "əlverişsiz tərəfdaş” adlandırıb. Burada həm Paşinyanın Rusiyanın adamı olan keçmiş prezident Robert Koçaryana, həm də rus NATO-su KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova qarşı düşmən münasibəti özünü göstərir. Məqalə müəllifi Rusiyanı Paşiyanı daha ciddi düşmən addımlarına hazır olmağa çağırır.

Göründüyü kimi, yaxın aylarda Ermənistan – Rusiya münasibətlərində ciddi gərginlik yaşana bilər. Təbii ki, indi Qərbdə Paşiynanın "demokratiya mələyi” kimi bir imici var və bəzi qərb KİV-ləri Ermənistanı ilin ölkəsi adlandırıblar və Azərbaycan bütün bu nüansları nəzərə almaqla yanaşı, bu prosesdən maksimum yararlanmalıdır. Çünki sirr deyil ki, Ermənistan Azərbaycan torpaqlarını məhz Rusiyanın dəstəyi ilə işğal altında saxlayır. Ermənistanın bu dəstəyi tezliklə itirməsinə maksimum çalışmaq lazımdır.istipress


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...