Ermənilərin Azərbaycanda gizlədikləri silah-sursat tapıldı

Ermənilərin Azərbaycanda gizlədikləri silah-sursat tapıldı
Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib. 
 
"Report" xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Ağcakənd kəndində erməni qəbristanlığında silah-sursatın olması ilə bağlı anonim zəng daxil olub. Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşları əraziyə baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah-sursatlar aşkar edilib.
 
Silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur. Ərazidən 2 ədəd avtomat, 1 ədəd naqan, 2 ədəd of tüfəngi, əl qumbarası, avtomat darağı, o cümlədən müxtəlif çaplı güllələr aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.
 
Silahların cinayətlərdə istifadə olunub-olunmadığı araşdırılır.
 
Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.
 


OXŞAR XƏBƏRLƏR