Erməni cəsədlərini xüsusi şəraitdə nə qədər saxlaya bilərik? – Həkim minimum və maksimum müddəti açıqladı

Erməni cəsədlərini xüsusi şəraitdə nə qədər saxlaya bilərik? – Həkim minimum və maksimum müddəti açıqladı

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib ki, müraciətlərə baxmayaraq erməni tərəfi həlak olmuş hərbçilərinin cəsədlərinə sahib çıxmır.


"Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür".

 

 

Xatırladaq ki, artıq bu bu gün Azərbaycan 30-a yaxın hərbçinin meyitini Ermənistana təhvil verib. Bununla belə, hələ də təhvil alınmayan erməni cəsədləri var.

 

 

Maraqlıdır, cəsəd neçə müddətdən sonra çürüyür və meyitləri nə qədər saxlamaq mümkündür?


 

 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, cəsəd 6 saat içərisində basdırılmalıdır və bu müddət hava tempraturundan asılı olaraq dəyişə bilər:


"İnsan öləndən 6 saat sonra yoğun bağırsaqdan çürümə başlayır. Xüsusi farmaellə cəsəddə bir növ mumyalaşma edilir ki, bununla da bədəndə infeksiyalar inkişaf etmir. Çürümə soyuq və istidən aslı olaraq müxtəlif müddət ərzində gedə bilər. Çox soyuq tempraturda meyit gec xarab olur, yəni cəsəd bir neçə günə tam məhv olur. Amma isti ərazilərdə bu proses daha tez baş verir. Ona görə də bioloji ölüm baş verəndən bir neçə saat sonra dəfn olmalıdır.


Bu prosesin sutkalarla uzadılması cəsədlərin tanınmaz hala düşməsi deməkdir. Ermənilərin cəsədi soyuducuda saxlanması çürüməni uzada bilər. Amma açıq sahədə də kifayət qədər erməni cəsədlər var. Onların cəsədi tamamilə çürüyüb və tanınmaz haldadır”.

 

Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...