Erman Toroğlu azərbaycanlı azarkeşin \"Beşiktaş\"a münasibətindən danışdı

Erman Toroğlu azərbaycanlı azarkeşin \

Türkiyənin tanınmış idman yazarı Erman Toroğlu "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşi "Başakşehir"lə Superliqanın XXVI tur matçında meydana buraxdığı heyətə görə tənqid edib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, "A Spor"un canlı efirində fikirlərini bölüşən keçmiş futbolçu və hakim Günəşin "11-liy"inin bir işə yaramadığını bildirib. O, 66 yaşlı mütəxəssisin Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda meydana çıxmış futbolçulara istirahət verməsinə etiraz edib: "8 futbolçunu oynatmadın. Halbuki "Bavariya" İstanbula ilk oyundakı əsas heyət üzvlərindən 8-ni gətirib oynatdı. Rəqibə, öz futbolçuna hörmətlə yanaşmaq lazımdır. "Beşiktaş" - "Bavariya" matçını dünya izləyir. O futbolçular da belə oyunlar üçün hazırlanır".

Toroğlu daha sonra bir əhvalat nəql edib: "Keçən dəfə biri ilə danışırdım. Azərbaycandan dostu gəlib. "Beşiktaş"ın start heyətini gördükdə, "Mustafa Pektemekimi izləyəcəyəm?" deyərək, oyuna getməkdən imtina edib. Baxın, sizə misal çəkdim. Dostlar, bir az sayqı göstərin. Bu komandanı bu futbolçular gətirib "Bavariya"ya rəqib etdilər. O zaman onları oynatın, istirahət verməyin. "Beşiktaş" azarkeşi bundan qəzəblənib. "Başakşehir" azlıqda oynasa da, "Beşiktaş" yenə məğlubiyyətdən qurtula bilmədi. Bunları tamaşaçı görür. Komandada nə nizam-intizam var, nə başı bilinir, nə də arxası. "Beşiktaş"lı futbolçular "Bavariya" ilə oyunu gözləyirdilər. Onları motivasiya edən bu idi. 8 nəfər oynamayınca xəstəlik tapıblar. Mən də olsaydım, xəstəliyə düşərdim".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...