Ərinin dostuna qoşulub qaçdığı deyilən nənə DANIŞDI: “Mənə bacı deyib…”

Ərinin dostuna qoşulub qaçdığı deyilən nənə DANIŞDI: “Mənə bacı deyib…”
 

İsmayıllıda həyat yoldaşının dostu ilə qaçdığı deyilən qadın şərləndiyini iddia edir.

Sfera.az bildirir ki, "oxu.az”a açıqlama verən Məlahət Hacıyeva bildirib ki, 27 ildir evli olduğu Sərvan Hacıyevlə daim problemi olub:

"Sərvan həmişə içirdi, evdə dava salırdı. Məni hamının yanında təhqir edirdi. Son olaraq deyirdi ki, səni şərləyib, tutduracağam. Buna görə ondan boşanmaq qərarına gəldim”.

M.Hacıyeva onlarının ailələrində baş verən münaqişələri S.Hacıyevin bacısının yaratdığını deyir:

"Birlikdə aldığımız və yaşadığımız ev mənim adıma idi. Buna görə də dəfələrlə məni şərləyirdilər, incidirdilər ki, evi onların adına keçirim”.
M.Hacıyeva qoşularaq qaçdığı deyilən, həyat yoldaşının dostu Raqub Əhmədovla dostluq münasibətlərinin olduğunu bildirib:

"Raqubgillə ailəvi dost olmuşuq. Mən Raqubla bir yerdə işləmişəm. Ona qardaş demişəm, o da mənə bacı deyib”.

M.Hacıyeva hazırda İsmayıllının Sumağallı kəndində atasının evində qaldığını vurğulayıb:

"Məni və Raqubu şərlədiyi üçün məhkəməyə də müraciət edəcəyik”.

Qeyd edək ki, mətbuatda İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...