Ərdoğan: “TANAP regional sülh layihəsidir” - FOTO

Ərdoğan: “TANAP regional sülh layihəsidir” - FOTO
 "TANAP regional sülh layihəsidir, Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etibara söykənən əlaqələrinin konkret bir nümunəsidir”.
 
Sfera.az Türkiyə KİV-inə istinadən verir ki, bu fikir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanda fəaliyyət göstərən "Diplomat” jurnalının "The New York Times” nəşri ilə birgə çıxan yeni sayında yayımlanan məqaləsində yer alıb.
 
Ərdoğanın məqaləsindən bir hissəni təqdim edirik:

"Enerjinin birləşdirici rolunun ən gözəl nişanələrindən biri olan Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) bir regional sülh layihəsidir. TANAP, Türkiyə, Azərbaycan və Gürcüstanın qarşılıqlı etibara söykənən əlaqələrinin konkret bir nümunəsi, ölkələrimiz arasındakı ənənəvi dostluğun bir simvoludur. Xəzər bölgəsi təbii qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasını qarşısına məqsəd qoyan Cənub Qaz dəhlizinin əsas onurğasını TANAP təşkil edir. Beləliklə, təxminən 3.500 km uzunluğundakı bu dəhlizin ən əhəmiyyətli hissəsi hesab olunur”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...