Ərdoğan: \"BTQ dəmir yolu xətti Orta Asiyaya qədər uzadıla bilər\"

Ərdoğan: \
 

"Bu gün koronavirus pandemiyasının yayılması ilə beynəlxalq böhranla üzləşmişik. Bu isə ölkəmiz arasındakı ticarətə mənfi təsir göstərir.

Sfera.az xəbər verir ki, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Nəqliyyat, gömrük kimi sahələrdə praktiki həllər həyata keçirməliyik. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini Orta Asiyaya qədər uzada bilərik. Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan bu yolun Orta Asiyaya qədər uzadılması mümkündür. BTQ ilə gündəlik 3 500 ton yük daşınmasına çalışırıq. Bu mənada üzv ölkələrdən sürücülər üçün vizanın, həmçinin daxilolma məbləğində və digər məsələlərdə işin asanlaşdırılmasını gözləyirəm", - o bildirib. 

Xatırladaq ki, BTQ 2017-ci ilin oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. 

BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...