“Ərdoğanın xarakterini bilirəm, çətin ki, o güzəştə getsin” – Putin

“Ərdoğanın xarakterini bilirəm, çətin ki, o güzəştə getsin” – Putin
"Rusiyanın S-400 raket komplekslərini satın alma məsələsini Türkiyə özü həll etməlidir, Türkiyəyə təzyiqlər isə ədalətsizdir".
 
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq iqtisadi forumunda deyib. Rusiya lideri əmindir ki, Ərdoğan milli maraqları qoruyaraq təzyiqlərə boyun əyməyəcək və güzəştə getməyəcək.

"Bütün bu təzyiq alətləri çox və daha çox ölkəni əhatə etməyə başlayıb. Bizim S-400 sistemlərimizin satın alınması halında da belədir. Türkiyə NATO ölkəsidir, lakin o, NATO ölkəsi olmayan ölkədən qabaqcıl, şişirmədən deyək, öz sinfində ən müasir hərbi sistemlər almağa qərar verdi. Bu nədir, cinayətdir?” – Putin belə deyib.

Putin Ərdoğanın xarici təzyiqlərə qarşı davam gətirəcəyinə də əmin olduğunu bildirib:

"Prezident Ərdoğanın xarakterini bildiyim qədərilə çətin ki, kimsə təzyiq alətlərindən istifadə edərək özünə lazım olan nəticəyə nail olsun. Əksinə, düşünürəm ki, bu Türkiyə prezidentini daha da ruhlandıracaq və o, istəsə belə öz milli maraqlarını qorumaq naminə güzəştlərə getməyəcək”.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR