Ərdoğandan şok seçki açıqlaması: \"Total saxtakarlıq olub, kimsə özünü qalib saymasın\"

Ərdoğandan şok seçki açıqlaması: \
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfərə yola düşərkən Ankarada jurnalistlərin suallarına cavab verib və İstanbulda seçkilərin nəticələri ilə bağlı danışıb.

 

Ərdoğanın sözlərinə görə, İstanbulda seçkilər "total pozuntular şəklində” keçib və mütəşəkkil qaydada "bəzi cinayətlər” törədilib. "Harada, necə saxtakarlıqlar edilib, bunun təsbitləri var. Boş əraziləri, tarlaları ünvan olaraq göstəriblər...Bütün bunlarla bağlı lazım olan addımlar atılacaq. Keçmişdə və dünyada bunun misalları var. 10 milyondan yuxarı seçicinin olduğu İstanbulda kimsə özünü 13-14 min səs fərqi ilə qalib elan etməsin. Könüllərin rahat ola bilməsi üçün qanuni olaraq müraciət edilməli olan ünvan yerli seçki komissiyaları və YSK-dır. Etiraz prosedura bitər və nəticə başımız üstə deyərik”-Ərdoğan deyib.

 

O əlavə edib ki, seçkilərə "mütəşəkkil qaydada müdaxilə” faktları ilə bağlı prokurorluqlara müraciət edilib. Və prokurorlar lazım olan addımları atacaqlar.

 

"Sandıqda oğurluqlar var. YSK-ya müraciət bununla bağlıdır. Bu iş hər iki kanaldan aparılacaq”-Ərdoğan əlavə edib.

 

virtualaz.org


OXŞAR XƏBƏRLƏR