Dünya

Ərdoğan seçki kampaniyasında bu hüququndan imtina etdi

Ərdoğan seçki kampaniyasında bu hüququndan imtina etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT efirində seçki təbliğatı vaxtından imtina edib.

Sfera.az xəbər verir ki, bu hüquqdan nə Ərdoğan, nə də AKP üzvləri istifadə etməyəcək. Partiya orqanları Ərdoğan və baş nazir Binəli Yıldırımın seçki kampaniyası sıxlığı üzündən çəkilişlərə vaxt ayıra bilməyəcəkləri ilə izah ediblər.

Qeyd edək ki, Türkiyənin dövlət televiziyası TRT namizədlərə təbliğat aparmaq üçün efir vaxtı verir. Daha əvvəl TRT efirində çıxış haqqından CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə və İYİ partiyasının sədri Meral Akşener imtina etmişdi.
 
Rəsul
Sfera.az



AdRiver

XƏBƏR LENTİ