Ər arvadını öldürtmək üçün bankdan kredit götürdü

Ər arvadını öldürtmək üçün bankdan kredit götürdü
Sankt-Peterburq polisi qeyri-adi cinayətin qarşısını alıb.
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gənc kişi arvadını öldürtmək üçün bankdan kredit götürüb. Lakin pulu "muzdlu qatil”ə verərkən həbs olunub.

"Muzdlu qatil” in pilis əməkdaşı olduğunu cinayətkar qoluna qandal vurularkən başa düşüb.

Leninqrad İstintaq İdarəsindən bildiriblər ki, bir neçə ay qabaq bir nəfərin öz həyat yoldaşının ölümünü sifariş etmək istəməsi haqda məlumat daxil olub. 22 yaşlı gənc arvadından boşanma ərəfəsində imiş və yeganə qız övladını onunla bölüşmək istəmirmiş.

"Killer” rolunda olan polis əməkdaşı həmin şəxslə əlaqə yaradıb qətl baradə razılığa gəlir. Hətta bir neçə dəfə görüşürlər.
Sonuncu görüşdə bankdan kredit alan ər 150 min rublu "qatil”ə verərkən həbs olunur.
 
İlqar

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...