Enerji içkilərinin məhv etdiyi ailə - Dramatik həyat hekayəsi

Enerji içkilərinin məhv etdiyi ailə - Dramatik həyat hekayəsi
Kaliforniyada gənc ailənin başına gələnlər hər gün enerji içkisi içib, normadan kənara çıxan hər bir gəncə dərs olmalıdır. Bu dəhşətli hekayə bəla və dərdin hardan gələcəyini təxmin belə edə bilməyəcimizi bir daha sübut edir. 

Sfera.az Medicina.az-dan aldığı məlumatıa görə, gecə növbəsində işləyən Ostin hər gün çox miqdarda enerji içkisi içməyə o qədər alışıb ki, bəzən bir gecəyə 3-4 banka içki qəbul edirmiş. Bir gecə isə elə iş yerindəcə onun beyninə qan sızıb. Həkimlərin analiz və müayinələrinin nəticəsində məlum olub ki, həddən artıq kofein qəbulu ürəyin və qan dövranının işini pozub. Ostinin beynində 3 ağır əməliyyat keçirilib. 

Lakin həkimlər o qədər də ümidli olmadıqlarını bildiriblər. Ostinin komadan ayılacağı, orqanizmində hansısa izlərin qalıb-qalmayacağı barədə konkret bir şey deməyiblər.

3 həftədən sonra Ostinin övladı doğulub. Lakin o, hələ də o ştatdan bu ştata köçürülür, çoxsaylı əməliyyatlar, fizioterapiya prosedurları keçirmiş. Yalnız 2 aydan sonra onun huşu özünə gəlib və ilk dəfə oğlunu görüb. Bu müddət ərzində arvadı təbii ki, ərindən vaz keçməyib, o, evə yazıldıqdan sonra qulluğunda durub, onun sağalması üçün mübarizə aparıb. 

Ostin hazırda əlil arabasındadır, gəzə bilmir, danışmaqda çətinlik çəkir. Əməliyyatlardan baş və kəllə sümüyü deformasiya olub. 
 

 





 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...