Ən varlı klub hansıdır? -Siyahı

Ən varlı klub hansıdır? -Siyahı
 Avropa Futbol Assosasiyaları Birliyi (UEFA) futbol klublarının maliyyə vəziyyətini açıqlayıb.
 
Sfera.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, 2017-ci ilin nəticələri əsas alınaraq gəlinən nəticəyə görə Qitənin ən varlı klubu "Manchester United” olub. Qırmızı şeytanlar il ərzində 676 milyon avro qazanıblar.
 
İkinci yerdə İspaniyanın məşhur kral klubu "Real” gəlir. Üçüncü yerdə "Bavariya”. Ümumilikdə İngiltərə Premyer Liqasındakı 20 klubun gəliri Avropadakı klubların dörddə birini təşkil edir-5,3 milyard dollar.
Ancaq azarkeşlərdən qazandığı pula görə "Manchester” ilk yerdə deyil. Fransanın "Paris Saint-Germain” klubu orta hesabla hər azarkeşdən 86,9 avro qazanıb. "Manchester” bu sahədə ancaq altıncıdır.

OXŞAR XƏBƏRLƏR