Ən çirkli və ən təmiz meyvələr hansılardır?

Ən çirkli və ən təmiz meyvələr hansılardır?

Ətraf-mühit çirkliliyini araşdırmaq üzrə mütəxəssisləşmiş ABŞ ''Environmental working group'' adlı şirkət yetişdirilən meyvə və tərəvəzlər üzərində araşdırma apararaq, ən təmiz və ən çirkli meyvə-tərəvəzlərin siyahısını təqdim ediblər.

Sfera.az xəbər verir ki, təmiz və çirkli meyvə-tərəvəzin siyahısı 2019-cu ilin əvvəlində təqdim olunub. İstifadə olunan gübrələrə görə siyahıda çirkli meyvələrin 1cisi çiyələk seçilib.

Belə ki, çiyələk 3 ildir ki, üst-üstə çirkli meyvələr siyahısında yer alıb. Çiyələk, alma, albalı, ispanaq, şaftalı və kələmin daxil edildiyi çirkli tərəvəzlərin tərkibində olan kansoregen maddələrə görə 2019-cu ildən bəri bir çox ölkədə bu meyvələrin istifadəsinə qadağa qoyulub. 

Fransada aparılan araşdırmaya görə təkcə brüssel kələminin yarpağında 18 zərərli maddə aşkar olunub. Həmin araşdırmada məlum olub ki, tərkibində kimyəvi gübrə və maddələrin olmadığı meyvə və tərəvəzlərlə qidalanan insanların xərçəngə yoluxma riski 25 faiz daha azdır. Lakin kimyəvi maddələrlə zəngin olan meyvə-tərəvəzlə qidalanan insanlarda sonsuzluq riski daha yüksəkdir. 

Ən çirkli və ən təmiz meyvə-tərəvəz siyahısını təqdim edirik:

Çirkli meyvə-tərəvəzlərin siyahısı

Çiyələk, ispanaq, brüssel kələmi, şaftalı, alma, üzüm, albalı, armud, pomidor, kərəviz, kartof.

Təmiz meyvə-tərəvəzlərin siyahısı

Avakado, qarğıdalı, ananas, yaşıl noxud, soğan, badımcan, quşqonmaz, kivi, gül kələmi, qovun, brokoli, göbələk, balqabaq. (ölkə.az)


 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...