Çempionlar Liqasının oyunları təxirə salındı
21:00 / 02.03.2020
5476
Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.
Sfera.az xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan matçlar koronavirus epidemiyasına görə nəzərdə tutulan vaxtda baş tutmayacaq.
Qrup mərhələsinin qarşılaşmaları 19 - 24 mayda, pley-off oyunları isə avqustda olacaq.
Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.
(qol.az)