Emin: \"Dadlı pomidor-yumurta bişirirəm\" - VİDEO

Emin: \
Müğənni-bəstəkar Emin "Moskva 24” kanlının qonağı olub.

BiG.AZ-ın məlumatına görə, ifaçı restoran biznesindən bəhs edib. 

O, işçilərinə qoyduğu şərtləri açıqlayıb:

"Restoranlarıma ailəmlə, övladlarımla adi müştəri kimi gedir, menyudan sifarişlər verirəm. Bir dəfə pizza yeməyə getmişəm. Sifarişim gec gəldi, soruşdum ki, "Nə oldu”. Dedilər, "Sizin üçün fərqli düzəldirik". Adi insanlara gətirilən pizzadan tələb etdim. Həmin gündən restorana elan vurdum ki, "əgər pizza sifarişiniz 7 dəqiqədən gec gəlsə, pul ödəməyəcəksiniz. Onların əvəzinə hesabı işçilərdən alacam". Beləcə, heç kim cibindən pul ödəmək istəmir və sifarişi vaxtında çatdırır. 

İşçilərimə dost kimi davranıram, heç kimə cəza vermir, işdən qovmuram. Mənim üçün bütün bizneslərimdən ən önəmlisi restoran işidir. Hər şey qaydasında olmalıdır”.

Emin dadlı pomidor-yumurta hazırladığını deyib:

"Əsl Bakılılar kimi bişirirəm, üzərinə göyərti də əlavə edirəm. Bir də kabab bişirə bilirəm. Amma yemək hazırlamağı sevmirəm"./mybaku.az/


OXŞAR XƏBƏRLƏR