Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev - HƏFTƏBECƏR

Əməkdar artistin porno videosu, 2 minlik "tumuş", bir milyonluq Bilal Əliyev -  HƏFTƏBECƏR

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (43-cü say) təqdim edir.

Ötən həftə becərdiklərimə şərh yazan hər kəsə təşəkkürümü bildirib, keçirəm 43-cü "Həftəbecər"ə.

Xalq artisti Bilal Əliyev xüsusi hörmətim olan sənət adamlarındandır. Elə ki sənət aləmində azacıq durğunluq yaranır, qalmaqallar, söz-söhbətlər səngiyir, Bilal müəllim bircə əndrəbadi açıqlamayla gündəm yaratmağı bacarır. Bu dəfə də bir balaca dilxoşluq edib. Deyib ki, bundan sonra Azərbaycan toylarında mahnı oxumayacam.

Camaat da elə bilib ki, Bilal Əliyev daha toylara getməyəcək. Mahnı oxumayacam deyib də, niyə narahat olursuz ki? Yəqin bundan sonra toylarda ancaq muğam oxuyacaq. Yox e, zarafat-zarafat, deyəsən, məsələ ciddidir. Görün nə deyib:
"Artıq belə qərara gəldim ki, Azərbaycanda toylara getməyim. Bütün diqqətimi yönəltmişəm xarici estradaya. İyirmi yeni mahnı yazdırmışam. Hazırda aranjman işləri gedir. Bundan sonra yalnız xarici ölkələrdə olan toylara gedəcəm. Yeni mövsüm üçün toy qiymətimi də ilk dəfə açıqlayıram, bir milyon. Bəlkə də buna bir çoxları inanmayacaq, amma həqiqətdir. Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir".
Bu açıqlama yadıma bir əhvalatı saldı. 2007-ci ildə Şəkidə hərbi xidmətdəyəm. Həmişə 10 qəpiyə "semiçka" aldığımız Maya xala benzinin qiyməti qalxan kimi məhsulunun qiymətində dəyişiklik elədi. Əsgər yoldaşımız Əliyev Elnur soruşdu ki, Maya xala, sən niyə qiyməti qaldırmısan? Cavab verdi ki, can bala, benzin qalxıb, xiyar qalxıb, badımcan da qalxhaqalxdadır, ona görə mən də öz malımın qiymətini qaldırdım. Deyəsən, Bilal Əliyevə kimsə deyib ki, yaxınlarda benzinin qiyməti yenə qalxacaq. Ona görə sənətkar da toyun qiymətinə "əl gəzdirib". Amma mən bilən Bilal Əliyev benzinlə işləmir.

Yadınızdadırsa, ötən həftə türkiyəli prodüser Kemal Cenk İçtenlə azərbaycanlı model Minarə Allahverdiyevanın boşanmaq ərəfəsində olduğunu yazmışdım. Elə iki gün əvvəl prodüser özü deyib ki, ayrılıblar. Sitat:

"Çox dəyərli dostlar. Artıq bu gündən sonra həyatımda yeniliklər və yeni bir səhifə açaraq davam edəcəm. Sizlərdən rica edirəm, kimsə mənə özəl həyatımla bağlı soğru-sual etməsin.
Təqribən 18 ay bərabər keçirdiyim və canım qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırmaq qərarına gəldik. Ona bir yerdə olduğumuz müddət yaşadığımız hər dəqiqə üçün çox-çox təşəkkür edirəm. Allah yeni həyatda ona hüzur, xoşbəxtlik, can sağlığı və uzun ömür versin. Allaha əmanət olun".
"Həftəbecər" yumorla bağlı layihə olsa da, nə illah edirəm, məsələyə zarafatyana yanaşa bilmirəm. Belə yerdə rəhmətlik Nəsibə Zeynalovanın "Qaynana" filmində evlənmək istəyən qardaşı oğlu Əliyə dediyi sözlər yadıma düşür. Kim istəsə, o sözləri xatırlasın. Məncə, bu durumda ən yaxşı şərh o sözlərdir.

Ötən həftə müğənni Rəqsanənin qızı Aysunun verdiyi bir açıqlama sosial şəbəkələrə və saytlara bomba kimi düşdü. Çünki bomba kimi açıqlamaydı. 17 yaşlı Aysun demişdi ki, geyiminə ayda 60 min xərcləyir. Hamı da başlamışdı yazıq usağı qınamağa. Guya onun bu açıqlaması, onsuz da, başını güclə dolandıran camaatda ruh düşkünlüyü, qəzəb, sinir-əsəb pozuntusu yaradırmış. Əşşi, hələ bir məsələnin mahiyyətinə varın da. Aysun demək istəyib ki, ayda qiymətlər çox bahadır. Ona görə də,  məsələn, yerdə 3 manata olan tumuş, ayda 2 min manatdır. Yəni söhbət göydəki aydan gedir. Zarafat edirəm, hər halda bu, mənim fantaziyamdır. Yeri gəlmişkən, Rəqsanə keçmiş sevgilisi tərəfindən məhkəməyə verilib. Sevgilisi Rəqsanəyə 300 min dollarlıq təzminat davası açıb. Bu, orta hesabla Aysunun 5 aylıq geyiminin qiymətidir. 

Axırda sizə ustad sənətkar Habil Əliyevlə bağlı bir əhvalat yazmaq istəyirəm. Deməli, günlərin birində Habil Əliyevə bir sənətçinin porno videosunu göstərirlər. Videosu göstərilən də əməkdar artist imiş. Habil Əliyev videoya baxır-baxır. Videonu göstərən adam da düşünür ki, sənətkar nəsə bir təhqiramiz söz işlədəcək. Habil müəllim bir xeyli baxandan sonra deyir ki, əməkdar artistə qarşı belə eləyirlərsə, gör xalq artistini nə günə qoyarlar e.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...