Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi - SƏBƏB + FOTOLAR

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi - SƏBƏB + FOTOLAR

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib

Sfera.az xəbər verir ki, bu barədə saytımıza onun yaxınları xəbər verib. 

Qeyd edək ki, Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradırdı.

16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Kübra Dadaşova mərhum aktyor Məmmədağa Dadaşovun qızıdır.

news-detail

Əməkdar artist Kübra Dadaşova uzun illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. O, müsahibələrinin birində bunları söyləmişdi:

"Səhhətim, hələ ki, bir o qədər də yaxşı deyil. Üstəlik, havaların isti keçməsi mənə çox pis təsir edir. Əməliyyat nəticəsində 2 ayaq barmağımı kəsiblər, çünki şəkər xəstəliyinin qarşısını yalnız bu yolla ala bilərdilər. Evdəyəm, heç teatra da gedib gəlmirəm. İynə-dərmanı evdə qəbul edirəm, lazım olanda isə həkim evə gəlir. Qızım Təhminə mənim həmişə yanımdadır, Allah onu mənə çox görməsin. Tamaşaçılar məni həmişə istər filmlərdə, istərsə də tamaşalarda gülərüz görüblər. Amma bu illər ərzində mən dərdimi onlardan gizlətmişəm. Məncə, aktrisa həmişə bu cür hərəkət etməlidir. İnsanlara, tamaşaçılara pozitivlik vermək lazımdır. Amma öz dərdimi, öz xəstəliyimi içimdə çəkmişəm. İndi də onun nəticələridir ki, bu xəstəliyi tapmışam. Zənginiz üçün sizə təşəkkür edirəm, həmişə məni diqqətdə saxlayırsız. İnşallah, sağalıb yeni sezondan teatrda tamaşalarda oynayacaqam".


OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...