İqtİsadİyyat

Əmək pensiyalarının minimum məbləği artırıldı

Əmək pensiyalarının minimum məbləği artırıldı
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

29.1-ci maddədə "və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılır.

Aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilir:

"29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031