Elmar Məmmədyarov Bakrla görüşdü

Elmar Məmmədyarov Bakrla görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında daimi nümayəndəsi Akşin Mehdiyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Nazir Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli” elan edildiyini və Azərbaycanın İƏT ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edib, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...