Elman Rüstəmovun açıqlamasından sonra dollar düşdü

Elman Rüstəmovun açıqlamasından sonra dollar düşdü
 Noyabr ayının 1-də banklararası ticarətdə dollar bir həftədə ilk dəfə 1.70 manatdan aşağı düşüb.

Sfera.az
 xəbər verir ki, "Bloomberg" terminalında dollar ötən gün 1.70 manat məzənnəsi ilə yekunlaşıb. Bu gün isə ticarət 1.6985 manat kursu ilə başlayıb və hazırda 1 dollar 1.6979 manata bərabərdir. Başqa sözlə, ötən günlə müqayisədə dollar manat qarşısında 0,12% dəyər itirib.

Qeyd edək ki, bir həftə ərzində 1.70 manatdan aşağı düşməyən dollar Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın ilin sonuna kimi bahalaşacağı ilə bağlı açıqlaması ilə yenidən ucuzlaşıb.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR