Elman Rüstəmova vaxt verildi - 1 milyardı qaytarmalıdır

Elman Rüstəmova vaxt verildi - 1 milyardı qaytarmalıdır
 
"Son 10 ili bir çox banklar bağlanıb və çoxları öz halal pulunu bu günə qədər də ala bilmir. Nə üçün həmin bank sahiblərinə qarşı sərt tədbirlər görülmür? Axı hamı bilir ki, o pullar buxarlanmayıb, bank sahibləri tərəfindən mənimsənilib. Elə bu günün özündə həmin bankirlər o villalarda yaşayır və bahalı maşınlarda şütüyürlər.

Sfera.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov özünün "Facebook” hesabında yazıb.

Vəkil qeyd edib ki, həmin banklara nəzarəti həyata keçirən, vətəndaşların halal pullarının mənimsənilməsinin qarşısını almalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun elə özünün dövlətə 1 milyarda yaxın borcu var.

"Bu borc barədə mətbuatda məlumatlar getdi, ancaq heç kim tərəfindən aydınlıq gətirilmədi…”- deyə, o, sözlərinə əlavə edib.

Unikal.org-un isə əldə etdiyi məlumata görə, sözügedən 1 milyard manat  vəsaiti E.Rüstəmov "DekaBank”, "StandartBank”, "ZaminBank” və digər bağlanan, eləcə də hazırda fəaliyyətdə olanda bir sıra banklardan dostları və qohumlarının şirkətlərinin adına şəxsi mənafeyi üçün alıb. Bildirilib ki, AMB-nın rəhbərinə həmin vəsaiti dövlətə qaytarmağa ilin sonuna kimi vaxt verilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...