Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar

Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar
Erməni hökumətinin başçısı Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Tvitter sosial şəbəkəsində Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri haqda iki maraqlı mesaj yazıblar.

Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, Azərbaycan və erməni liderləri yazıları təxminən eyni vaxtda qoyublar.

Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır. Bunu Twitter-dəki mikrobloqunda respublika baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yazıb.

"Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir", - deyə Paşinyan vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeni impuls verəcək.

"2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə yeni impuls verəcək", - deyə cümə günü İ.Əliyev Twitter-dəki mikrobloqunda qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR