Əliyev-Putin görüşü: Bu, öz növbəsində Sarkisyan hakimiyyətinin iflasına gətirə bilər - ŞƏRH

Əliyev-Putin görüşü: Bu, öz növbəsində Sarkisyan hakimiyyətinin iflasına gətirə bilər - ŞƏRH
İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
 
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri genişmüzakirə edilib. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulanıb.  Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunmuş, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Sfera.az-a erməni lobissinin Rusiya-Azərbaycan münasibətlərini pisləşdirilməsi məsələsini şərh edərkən politoloq Arzu Nağıyev bildirib ki, mühüm məsələlərin, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz Azərbaycan və Rusiya Prezidentləri səviyyəsində müzakirə edilməsi erməniləri və Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və anti-Azərbaycan qüvvələri narahat etməyə bilməz.
 
 

Politoloqun fikrincə, məlumdur ki, görüşdə əsas məsələlərdən biri münaqişənin həlli üçün atılacaq addımlarla bağlı olub:
"İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır. Düşünürəm ki, bu öz töhfəsini verəcək, təbii bu da status -kvonun pozulması və münaqişənin durğun nöqtədən tərpənməsi deməkdir. Bu isə öz növbəsində Sarkisyan hakimiyyətinin iflasına gətirə bilər. Rusiya həm ATƏT-in Minsk Qrupunda təmsil olunduğu və SSRİ-nin varisi kimi münaqişənin həllində açar fiqurdur və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Buna görə də ermənilər artıq Avropa İttifaqı və ABŞ-a meyillənməklə Ruisyaya mesaj verirlər. Deməli, Əliyev-Putin görüşü Ermənistanda təşviş yaradıb,eyni zamnda təşviş yaradan məqamlardan biri də məhz görüşün Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsidir".

Azər Salam
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...