Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi

Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

 

Sfera.az-ın məlumatına görə, dövlət başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirib.


Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.
 

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, "Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edilib.

 
***
 
10:55


Prezident İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın baş nazirinin ticarət elçisi xanım Baronessa Nikolsonu qəbul edib.

Sfera.az bildirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR