Əliniz yandısa, heç vaxt diş pastası vurmayın... - Diqqətli olun

Əliniz yandısa, heç vaxt diş pastası vurmayın... - Diqqətli olun

İlk tibbi yardımın vaxtında göstərilməsi çox vaxt insanların həyatını xilas edir. Əfsuslar olsun ki, bir çoxumuz bu primitiv qaydaları ya bilmirik, ya da ki doğru əməl etmirik.

"Qafqazinfo” sizə ilk tibbi yardım zamanı əməl edilməsi vacib olan bir neçə məqamı təqdim edir:

Ev və iş qəzalarında yanma halına çox rast gəlinir. Belə bir hal baş verdikdə yanmış nahiyəyə soyuq suda isladılmış təmiz bir parça qoyulmalıdır. Yanığa tomat, diş pastası kimi maddələr sürtmək qəti olmaz.

Elektrik vuran zaman xəstə quru taxta parçası və yaxud plastik materiallı elektrik keçirməyən cisimlərlə cərəyandan uzaqlaşdırılmalıdır. Daha sonra o, hərəkət etdirilmədən düz yerdə uzanmalıdır.

Güclü qanaxmaların qarşısını almaq üçün yara bir barmaq yuxarıdan möhkəm bağlanılmalıdır. Təmiz bir parça ilə yaranın üstünə basıb saxlamaq olar. Bu, qanaxmanı zəiflədəcək.

Avtomobil qəzalarında boyun, bel və ombanı düz saxlamaq üçün xəstə sərt bir yerdə uzandırılır. Yaxşı olar ki, təcili yardım gələnə kimi həmin nahiyələr taxta parçalarının köməyi ilə bərk bağlansın. Bu, hər hansı bir hərəkətin qarşısını alacaq. Qol və ayaq nahiyələrində də hər hansı bir sınıq müşahidə olunarsa, karton və taxta parçaları ilə bərk bağlanması məsləhətə uyğundur.

Beyin silkələnməsində ilk 24 saat kritikdir və bu müddət ərzində xəstəyə xüsusi diqqət göstərilməli, oyaq saxlanılmalıdır. Danışığında, hərəkətlərində qəribəlik müşahidə edilərsə və yaxud qusma halı baş verərsə, tez bir zamanda ən yaxın xəstəxanaya aparılmalıdır. 

Küçədə və yaxud ictimai nəqliyyatda insanların qollarında və ayaqlarında qıcolma hadisəsinin baş verməsi epilepsiya tutmasının göstəricisidir. Bu kimi hallarda özünü itirməmək və təmiz bir parça ilə xəstənin dilini ağzından çölə çıxartmaq lazımıdır. Çünki bu xəstələr dili boğazına getdiyi təqdirdə ölə bilərlər.

Hər hansı bir bədbəxt hadisədə ilkin tibbi yardımı bilirsinizsə, əvvəlcə xəstənin nəbzini yoxlayın. Nəbzi çox zəif vurursa və ya tamam dayanıbsa, ürək masajına keçin. Əgər bu mövzuda hər hansı bilginiz yoxdursa, bir şey etməyin, sadəcə tibb işçilərinin gəlməsini gözləyin. Tibbdə ilk öyrənilən qayda "əvvəlcə zərər vermə"dir.


OXŞAR XƏBƏRLƏR