Əli Məsimli: \"Azərbaycanda benzin baha və keyfiyyətsizdir\"

Əli Məsimli: \
"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir".

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli Parlamentin bugün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Ə.Məsimli deyib ki, Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır:

"Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26 faiz aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksəkdir. Qazaxıstanda isə 6 faiz ucuzdur. Lakin əmək haqqı 1,5 dəfə yüksəkdir". 

Deputat keyfiyyət məsələsinə toxunaraq, benzinə qatqılar əlavə olunub:

"Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra rəngi açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur".
 
Aydan Lətifova


OXŞAR XƏBƏRLƏR