“Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm” - Əvəz Zeynallıdan sensasion açıqlama

“Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm” - Əvəz Zeynallıdan sensasion açıqlama
Son günlər Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov yenidən diqqət mərkəzindədir. Vəzifədə olduğu dövrdəki fəaliyyətləri ilə medianın gündəmindən düşməyən Əli Həsənov haqqında hər gün yeni iddialar yayımlanır.

Növbəti bu cür qalmaqallı iddiaları bir neçə gün əvvəl jurnalist Əvəz Zeynallı canlı efirində səsləndirilib.

Sözügedən hadisə YouTube sosial şəbəkəsində Əvəz Zeynallının "Siyasət meydanı” verilişində yaşanıb. "Qarabağda yeni döyüşlər nədən xəbər verir?” adlanan canlı yayım zamanı aparıcı Əvəz Zeynallı və qonaq qismində dəvət olunan Zaur Qəriboğlu Əli Həsənovun həyatı və fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətiriblər.

Jurnalist Zaur Qəriboğlu Əli Həsənovun oğlu Şamxal Həsənov haqqında ciddi iddialar irəli sürüb. Onun sözlərinə görə, Şamxal Həsənov "Xəzər TV”-yə rəhbərlik etdiyi dövrdə axşamlar kanalda qumar oyunları təşkil edib. Əvəz Zeynallı isə Şamxal Həsənovun hazırda Dubayda əmlak biznesi ilə məşğul olduğunu, onun 2 milyard dollar həcmindəki sərmayəni ABŞ-a köçürdüyünü və ABŞ vətəndaşlığı aldığını vurğulayıb. Bu "sərmayənin” oğurlanan pul olduğu, yoxsa Əli Həsənovun dediyi kimi "alın təri ilə qazanıldığı” məlum deyil.

Canlı yayımda Əli Həsənovun "kasıb” vaxtlarını xatırladan Əvəz Zeynallı, keçmiş şöbə müdirinin "VAZ 21 011” markalı ilk avtomobili alarkən necə sevinc yaşadığını xatırladıb. 

Sonda keçmiş şöbə müdirinə səslənən Əvəz Zeynallı "Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm. Alın təri ilə qazanmışam. Buyur gəl. Bizim hamımızı tutduran adam sən deyilsən, bizim hamımızın çarağını keçirdən, evimizi yıxan adam sən deyilsən. Çıx mərdi mərdanə gəl, otur Vüqar Səfərli çağırır da hesabatını ver Azərbaycan xalqına”, deyə qeyd edib.

Qeyd edək ki, son dövrlərdə KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin məhkəmə prosesi çərçivəsində Əli Həsənov və onun oğlu Şamxal Həsənovun da adları hallanır. Vüqar Səfərli baş verənlərdə təkcə onun günahı olmadığını deyir və keçmiş ortaqları olan hər iki şəxsin də istintaqa cəlb olunmasını tələb edir.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...