Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

OXŞAR XƏBƏRLƏR