Əli Əhmədov: “Bir sıra dairələr Azərbaycana qarşı kampaniya aparır”

Əli Əhmədov: “Bir sıra dairələr Azərbaycana qarşı kampaniya aparır”
 

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon ərazi ilk təşkilat sədrlərinin müşavirəsi keçirilib.

Sfera.az xəbər verir ki,  müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov dekabrda növbəti bələdiyyə seçkisinin keçiriləcəyini bildirib.

O, bugünkü müşavirədə bələdiyyə seçkilərinə hazırlığın müzakirə olunacağını diqqətə çatdırıb: "YAP hər zaman seçkilərə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər qazandığımız qələbələr də bunun bariz nümunəsidir. YAP qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. İnanırıq ki, bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq”.

 

YAP icra katibi deyib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar siyasi həyatda bir canlanma müşahidə olunur: "Bizi narahat edən odur ki, Azərbaycanda siyasi proseslərdə normal seçki texnologiyalarından tamamilə fərqli formada istifadə etmək yayılmağa başlayıb. Azərbaycan son illər böyük inkişaf yolu keçib. Həyatımızda böyük irəliləyişlər baş verib. Bu inkişaf prosesləri hər birimizin gözü önündə olur. Azərbaycanın inkişafını digər ölkələrin inkişaf templəri ilə müqayisə etsək, Azərbaycan ən sürətli inkişaf edən ölkələrdən biridir. Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur. İnkişaf daha böyük inkişaf üçün stimul yaradır. Azərbaycanın inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur”.
 
Ə. Əhmədov bu kampaniyaların qarşısının alınması üçün partiya üzvlərini daha fəal olmağa səsləyib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...