Əli avtomatlı şoumen şəhərin ortasında qız qaçırdı

Əli avtomatlı şoumen şəhərin ortasında qız qaçırdı
Dünən Rusiyanın Sankt-Peterburq şəhərində məşhur şoumen Stanislav Baretski qız qaçırıb.

Populyar "Leninqrad” qrupunun keçmiş üzvü "Audi Q5” avtomobili ilə onun yolunu kəsmiş qadın sürücünün hərəkətlərindən narazı qalıb. Qadın maşınının şüşəsindən əli ilə ona nalayiq işarələr göstərdikdən sonra şoumenin səbri lap tükənib.

Baretskinin sözlərinə görə, bundan sonra o və dostları qızı maşınından düşürüblər, öz avtomobillərinə oturdub "Kalaşnikov” avtomatı ilə qorxudublar və müəyyən müddət şəhərin küçələrini "gəzdiriblər”.

Şoumen əlavə edib ki, silahın bütün sənədləri qaydasındadır və avtomat döyüş vəziyyətində olmayıb. Baretskinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlaqə saxlayıblar, lakin qadından üzr istəmək kimi bir fikri yoxdur.Virtualaz

OXŞAR XƏBƏRLƏR