Əli Abbasovla İltimas Məmmədov 6 milyonu necə silib? - Tam siyahı

Əli Abbasovla İltimas Məmmədov 6 milyonu necə silib? - Tam siyahı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyinin yeni-yeni cinayətlərinin üstü açılır

Politika.Az-ın Araşdırma Qrupu poçt idarələrinin tikintisində yol verilən maxinasiyaları üzə çıxarıb.

Sabiq rabitə naziri Əli Abbasovla müavini İltimas Məmmədovun poçtların tikintisinə ayrılan vəsaitləri şişirdərək milyonları mənimsədiyi məlum olub. İstənilən regionda poçt şöbəsinin tikintisi 6000-7000 manata başa gəlir. 

Nazir və müavini isə bu işləri 80000-90000 manata sənədləşdirib. O cümlədən nazirliyə tabe olan müəssisələrdə təmir-tikinti işləri bu cür formada şişirdilib. 

Bu tikintiləri isə nazir müavini İltimas Məmmədovun yaxın adamı cəlilabadlı Həsənov Ramil Şirindil oğluna məxsus "İmaməli” MMC, "Cavad” MMC, "Ceyhun 94” MMC-lər vasitəsi ilə həyata keçirilib. 

Nəticədə 6 milyon manat pul qazanılıb. Ümumiyyətcə nazirliyin tenderlərinin 60-70 faizini məhz bu şəxsin şirkətləri qazanıb. 
İ.Məmmədov isə istintaqa ifadəsində bu mənimsəmələri nazirliyin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun ayağına yazıb. Nəticədə nazir və müavini bu oyunlardan salamat çıxmağı bacarıb. 

Politika.Az-ın Araşdırma Qrupu xəbər verir ki, İ.Məmmədov yaxın çevrəsində həbsdən qurtuluşun təfsilatını danışıb. İddialara görə, nazir müavini istintaqa 300 000 verdiyini bildirib. 

Beləliklə, təkcə poçt idarələrinin tikintisindən 6 milyon qatlayan nazir və müavini yarım milyona yaxın pul xərcləməklə problem görməyib. Çünki təkcə bu sahədə yox, digər sektorlarda da maxinasiyalar imkanı geniş olub. 

Onu da deyək ki, Əli Abbasov da öz ifadəsində təsdiq edib ki, Vidadi Zeynalov onun tapşırığı ilə pulları alıb, ona verib və yaxud da kimlərəsə "paket” verib.

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

XeberBiz.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...