Elgizlə bağlı ARB TV-dən -Açıqlama
12:48 / 23.09.2017
912
Ötən gün ARB TV-nin"Səhər-səhər"proqramının çəkilişi zamanı aparıcısı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb. KİV-in yaydığı məlumata görə, proqramın aparıcısı Elgiz verilişdən uzaqlaşdırılıb.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoruİsmayıl Həsənov açıqlama verib: "Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb "Səhər-səhər" verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adıçəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq".
Sfera.az