Elektirk enerjisinə necə qənaət etməli?- Bu üsulla xərcləriniz yarıya enəcək

Elektirk enerjisinə necə qənaət etməli?- Bu üsulla xərcləriniz yarıya enəcək
Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısı hamını düşünməyə məcbur edir. Bu şəraitdə Azərbaycan istehlakçıları qənaət mədəniyyətinin formalaşmasına çalışmalıdırlar. Əks təqdirdə onların böyük əksəriyyəti gündən-günə artan xərclərin yaratdığı maliyyə çətinliyini dəf edə bilməyəcəklər.


Ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisinin tarifi kəskin bahalaşdığından mən də iqtisadçı kimi enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində gedən müzakirələrə töhfə vermək üçün bir sıra tövsiyyələri istehlakçılarla bölüşürəm. Ümid edirəm ki, bu tövsiyyələr sizin və ailənizin xərclərinizi azaldılmasına xidmət edəcək.

 

. İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
• Dəhlizlərdə, eyvanlarda səsə həsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.


• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.


• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır.


• Bilgisayarda işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.azadqadin.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...