\"Elə yaşdayıq ki, əzrail hər an gələ bilər\" - Aydın Bəşirovdan MARAQLI AÇIQLAMALAR

\
"Ər-arvad təqaüddəyik, nəvə-nəticələrlə bərabər istirahət edirik. İndi elə yaşdayıq ki, əzrail hər an gələ bilər". Bu sözləri Sfera.az-a açıqlamasında prezident İlham Əliyevin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib. Hazırda səhhətinin normal olduğunu vurğulayan A.Bəşirov Türkiyədən yeni qayıtdığını deyib: "Getmişdim Türkiyəyə nəvələrimi görüm. Yeni qayıtmışam. Ancaq yenə gedəcəm. Təki ölkəmizdə hər zaman belə əmin-amanlıq olsun. Allah cənab prezidentimiz qorusun. Onun sayəsində Azərbaycan çiçəklənir, inkişaf edir, insanlarımız sabit şəraitdə yaşayırlar". Xaricdə tez-tez olmasına baxmayaraq, Aydın Bəşirov Azərbaycanın bütün milli bayramlarında Bakıda olduğunu söyləyib: "Mən bütün bayramlarda Azərbaycanda oluram, bayramı qeyd edib sonra xaricə gedirəm. Aprel ayında Azərbaycanda seçkilər olanda da Azərbaycandə idim. Bütün bayramlarda Vətənim Azərbaycanda oluram. Vətəndən dəyərli heçnə ola bilməz. İndi də təqaüddəyik, ər-arvad istirahət edirik. Ömrümüzə də nə qalıb axı! Ona görə də çalışıb sağlamlığımıza diqqət edirik".
 
Ozal Mamedov

OXŞAR XƏBƏRLƏR