Eldəniz Səlimov keçmiş icra başçısının kadrıdır? - QALMAQALDA YENİ ADLAR

Eldəniz Səlimov  keçmiş icra başçısının kadrıdır? - QALMAQALDA YENİ ADLAR
"Foto gördüyünüz bu şəxs 82 yaşlı Şəmsəddin Xanbabayevdir. Uzun müddət Xaçmaz rayonunun icra başçısı işləyib. İki il əvvəl bu adamın bütün xidmətlərini nəzərə alıb, həbsə salınan başqa həmkarları kimi deyil, xətir-hörmətlə yola saldılar.  Yerinə cavan bir icra başçısı təyin etdilər. Elə həmin vaxtdan eşidirik ki, Xanbabayevin cismi Xaçmazı tərk etsə də, ruhu oraları tərk etməyib. Bəzi iddialara görə, rayondakı idarəetmə dolayısı ilə yenə onun əlində olub. Sadə dildə izah etsək, adam rayonda "Xaç atası” rolunda qərarlaşıb". 

Sfera.az xəbər verir ki,bu  fikirləri Azinforum.az saytının təsisçisi və baş redaktoru Məhəmmədəli sosial şəbəkə hesabında Eldəniz Səlimovun polisi döyməsi məsələsində bəzi detalları açıqlayıb: 

"Polisi döyən deputat Eldəniz Səlimovun birbaşa Xanbabayevin kadrı olduğu bildirilir. Əməlli başlı ali təhsil belə almayan Səlimov uzun müddət Xanbabayevin rayondakı "koşelyoku” olub. Xaçmaz şəhərini meri vəzifəsində işləyəndə rayondakı abadlaşma çərçivəsində Eldənizin külli miqdarda varidad əldə etdiyi bildirilir. Sonra da, məhz Xanbabayevin dəstəyi və xeyir-duası ilə deputat olub". 

Jurnalist qeyd edib ki, polisin deputat tərəfindən döyülməsi faktına görə Şəmsəddin Xanbabayevin sürücüsü də həbs edilib.
 
"Bu fakt bir daha təsdiq edir ki, Xanbabayev və onun yaxın ətrafı hələ də rayonda mütləq hakimdirlər. Bunun bir səbəbi də rayondakı idarəetmənin zəif olması ilə bağlıdır.

Görünür gənc icra başçısı belə onların təzyiq atmosferinə düşüb və qorxub ki, onu da döyərlər. Belə olmasaydı, rayondakı real vəziyyəti, Xanbayevşinanın hökm sürdüyünü yuxarı dairələrə mərüzə edərdi. Qeyd edim ki, Xanbabayev əslən Naxçıvandandır. Adətən  adam yaşlaşanda onu doğulduğu yer daha çox özünə çəkir. Ancaq biz görürük ki, Xaçmazda olan cazibə Xanbabayevi nəinki özünə çəkir, sözün əsl mənasında ora kleyləyib…"
 
 
Sfera.az
Gülər


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...