Eldar Sabiroğlu Heydər Əliyevin Suriyadakı fəaliyyətindən yazdı: “Dəməşqdən Kremlə böyük qalibiyyətlə...”

Eldar Sabiroğlu Heydər Əliyevin Suriyadakı fəaliyyətindən yazdı:  “Dəməşqdən Kremlə böyük qalibiyyətlə...”

Bu gün Yaxın Şərqdə bir-birini əvəzləyən və minlərlə günahsız dinc sakinin qətlə yetirilməsiylə, tarixən böyük mədəniyyət beşiyi sayılmış bu coğrafiyanın alt-üst edilməsiylə nəticələnən müharibələrin, istilaların kökü lap uzaqlara gedib çıxır. Yəni bu, indinin işi deyil. Əgər lap əvvəllərdə bu coğrafiya “dünyanın mərkəzi”, “sivilzasiyanın beşiyi” və “dinlərin yarandığı müqəddəs məkan” uğrunda ideoloji qaynaqlı savaş meydanı sayılırdısa, ötən əsrin 60-cı illərindən etibarən, regionda gedən mübarizə iki nəhəng güc mərkəzi – Qərb və SSRİ arasında geopolitik toqquşma nöqtəsinə çevrildi.

Qərbin Yaxın Şərq siyasətində xüsusilə Misir, İraq və Suriya məsələsi həmişə mərkəzi planda dayanıb. Qərbə görə, həmin ərazilərin nəzarət altına alınması Yaxın Şərqdəki problemlərin birdəfəlik çözülməsiylə bərabər, bütövlükdə bu coğrafiyanın onun maraqlarının ifadəçisinə çevrilməsi demək idi. Odur ki, bu məqsədlərin reallaşması üçün Qərb həmişə bölgədə müxtəlif təzyiq metodlarının işə salınmasında, davamlı iğtişaşların, vətəndaş müharibələrinin təşkilində birbaşa maraqlı olub.

Səduyyə Ərəbistanı, Qətər və İordaniya krallıqları “demokratiya” və “insan hüquqları” axtarışına çıxan Qərbin itaəti altinda idi. Bununla kifayətlənməyən ABŞ digər müsəlman ölkələrində də  lövbər salmaq üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışırdı.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, Qərbin Yaxın Şərqdə istədiyi kimi davranmasının qarşısını kəsən başqa bir dünya nəhəngi – SSRİ vardı və Qərb bu güclə mütləq şəkildə hesablaşmaq məcburiyyətindəydi. Onun qarşısını kəsən bu nəhəngi - SSRİ-ni dağıtmaq isə Qərbin siyasətində ən mühüm istiqaməti təşkil edirdi.

Beləliklə, dünyaya meydan oxuyan 70 illik imperiyanın süquta uğraması ABŞ və onun Avropadakı müttəfiqlərinin – bütövlükdə Qərbin Yaxın Şərqə yolunu qısaltdı... İndi bəşəriyyət bunun şahididir.

Suriyada bu gün alov saçan vətəndaş müharibəsi əslində 70-ci illərin sonunda baş tutmalı idi. Ancaq o zaman bunun qarşısı qətiyyətlə alındı. Və bizim üçün olduqca qürurvericidir ki, bu böyük prosesin qarşısını alan əsas fiqur məhz Azərbaycanlı olub! O Azərbaycanlı ki, bütün fəaliyyəti ilə bir millətin adını silinməz şəkildə tarixə yazıb və bütün fəaliyyətinin qayəsini də bircə cümləylə, qısaca olaraq belə ifadə edib: “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam!”.

Bəli, yanılmadınız, 70-ci illərdə Suriyanın dağılması, bugünkü viranlığa çevrilməsinin qarşısını müasir Azərbaycan dövlətçiliyinin memarı, sözün həqiqi mənasında nəhəng dövlət adamı, bütöv şəxsiyyət olan Heydər Əliyev alıb!

Hadisə belə baş vermişdi:

... Proseslər çox çətin cərəyan edirdi. Həmin vaxt Suriyada hazırlanan dövlət çevrilişin qarşısını almaqçün SSRİ Siyasi Bürosunun üzvlərindən bir neçəsi təcili olaraq oraya göndərilsə də, bu gün adı hamıya bəlli Bəşər Əsədin atası Hafiz Əsədə qarşı onun doğma qardaşı Riad Əsədin çoxsaylı tərəfdarlarının başlatdığı qiyamı yatırmaqda əliboş dönmüşdülər. Riad Əsəd həm də əldə edə bildiyi silah-sursata çox arxayın idi. Bir üstünlüyü də ondan ibarət idi ki, qardaşı Hafiz ağır yataq xəstəsi idi:dövləti idarə etmək və üsyançılara qarşı qəti mübarizəyə başlamaq üçünf iziki sağlamlığı ona imkan vermirdi.

Tarixi mənbələrdə yer alan məlumatlara görə, nümayəndə heyətlərini tez-tez Suriyaya göndərən Siyasi Büro üzvləri heç cür müsbət nəticə əldə edə bilmirdilər. O zamankı Kommunist Partiyasının rəhbərliyi İslam ölkələrində siyasəti çox gözəl bilən, ümumiyyətlə, böhranlı vəziyyətlərdə çıxış yolunu tez, doğru-dürüst müəyyən etməkdə böyük təcrübə sahibi olan Heydər Əliyevin adı üzərində durmaq qərarı verir.

Həmin vaxt  Heydər Əliyev Azərbaycan KP MK-nin 1-ci katibi və Siyasi Büro üzvlüyünə namizəd idi. Onu çox çətin və mürəkkəb bir sınaq gözləyirdi. Vəziyyətdən çıxış yolu tapmaq, problemi sülh yolu ilə, qan tökülmədən həll etmək Heydər Əliyevin qarşısında keçilməz dağ kimi dayanmışdı. Nəhayət, bu müdrik və müqayisə edilməsi mümkün olmayam dərin zəka və ağıl sahibi, SSRİ miqyasında peşəkar əməliyyatçı  kimi tanınan Heydər Əliyev Suriyaya getmək qərarı verir.

Onun bir insan kimi keçirdiyi hiss və duyğuları, hansı nəticəni əldə edib-etməyəcəyi barədə düşüncələri narahatçılıq doğurmaya bilməzdi. Lakin belə məqamlarda boyük Allahımızın ona bəxş etdiyi fitri istedad Heydər Əliyevi hər zaman döyüşlərdən və mübarizələrdən qalib cıxarıb.

esed-1.jpg

Suriyada da tarix bunun şahidi oldu.

Heydər Əliyev səfərinin birinci günü yataq xəstəsi olan Hafiz Əsədlə onun evində 4 saatlıq söhbət edir... Bunun səhəri günü isə onu daha ağır görüş gözləyirdi... Heydər Əliyev Riad Əsədi necə razı salmaq barədə düşünür və fikirlər burulğanında yol axtarırdı.

Hafiz Əsədlə görüşün səhərisi, təxminən, sübh çağı Riad Əsədlə danışıqlar başlayır.

Tarixi mənbələrdə yazıldığına görə, Riad Əsəd Əliyevlə çox nəzakətlə, hörmət və ehtiramla davranır.Heydər Əliyevin irəli sürdüyü təkliflər və Riadla aparılan düz 8 saatlıq görüş nəticəsiz qalmır.Fikirləşmək üçün vaxt istəyən Riad Əsəd bir gün sonra Heydər Əliyevlə təcili görüşür və beləliklə, ölkəni tərk etmək qərarını Azərbaycan KP MK-nin 1-ci katibi, Siyasi Büro üzvlüyünə namizədə bayan edir.

Nəhayət, Riad Əsəd  Londana, Heydər Əliyev isə vətəni Azərbaycana yox, təsəvvürə gəlməyən bir qalibiyyətlə Moskvaya - Kremlə dönür...

Bu gün Suriya yenidən qan çanağına dönüb. Dünya çıxış yolu tapa bilmir... Böyük Heydər Əliyevin yeri isə yamanca görünür...

 

Xüsusi olaraq Strateq.az üçün: Eldar SABİROĞLU, sabiq millət vəkili,

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, polkovnik

 

P.S. Doğrudur, Heydər Əliyevin bu tarixi və möhtəşəm  qalibiyyəti barədə 15 il qabaq mətbuatda fikirlərimi paylaşmışdım. Lakin yeni nəslin bilməsi üçün həmin tarixi faktı yenidən diqqətə gətirməyi vacib bildim. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...