Eldar Əzizov üç vəzifəli şəxsi işdən çıxardı
10:25 / 27.12.2018
1975
Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.
Gülarə Mürsəliyevanın yerinə İlahə Həsənzadə təyinat alıb. Digər iki şəxsin yerinə hələlik təyinat yoxdur.
Sfera.az-ın məlumatına görə, BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov, Hüquq şöbəsinin müdiri Sani Nəsibov vəzifələrindən azad ediliblər.